Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Unikal.org xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi”nin də potensial rəqibi məlum olacaq. Bakı təmsilçisi 3-cü təsnifat mərhələsindəki rəqibi İsrailin “Bney Yehuda” klubunu mübarizədən kənarlaşdıracağı halda, səpələnməmişlər səbətində yer alacaq və 5 cütdən birinin qalibi ilə qarşılaşacaq. Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:30-da start götürəcək.

Antverpen (Belçika) – Viktoriya (Çexiya)

Brondbü (Danimarka) – Braqa (Portuqaliya)

Vaduts (Lixtenşteyn) – Ayntraxt (Almaniya)

Malmö (İsveç) – Jirinski (Bosniya və Herseqovina)

Partizan (Serbiya) – Malatyaspor (Türkiyə)

Azərbaycanı Çempionlar Liqasında təmsil edən və Kiprin APOEL klubu ilə qarşılaşacaq “Qarabağ” 3-cü təsnifat mərhələsində mübarizəni dayandırarsa, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək. “Köhlən atlar” səpələnmişlər səbətində yer alacaq və turnirin 3-cü təsnifat mərhələsindəki bu cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:

Sutyeska (Monteneqro) – Linfild (Şimali İrlandiya)

Ludoqorets (Bolqarıstan) – TNS (Uels)

Sarayevo (Bosniya və Herseqovina) – BATE (Belarus)

Astana (Qazaxıstan) – Valletta (Malta)

Slovan (Slovakiya) – Dandalk (İrlandiya)