17 yaşlı yeniyetmə 6 yaşlı uşağı 10-cu mərtəbədən aşağı atıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərənin paytaxtı Londonda bir muzeydə baş verib. 17 yaşlı yeniyetmə muzeyin 10-cu mərtəbəsindən 6 yaşlı uşağı aşağıya atıb. 
Hadisədən sonra yeniyetmə saxlanılıb. 

Aşağı atılan 6 yaşlı uşaq muzeyin 5-ci mərtəbəsinin damına düşüb. Uşağın vəziyyətinin gərgin olduğu bildirilib. Hadisədən sonra muzeyin qapıları bağlanıb və ziyarətçilərin çölə çıxmasına icazə verilməyib.