Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğının söndürülməsi zamanı polis əməkdaşları da böyük fədakarlıq göstəriblər.

Unikal.org xəbər verir ki, Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər.

Polislər yanğının söndürülməsində, eləcə də, insanların ərazidən təxliyyə edilməsində, xəsarət alanlara kömək ediblər. Eyni zamanda ərazidən malların daşınmasında polislərin köməkliyi olub.

Fədakarlıqları zamanı polis əməkdaşlarından halı pisləşənlər də olub. Onlara təcili yardım göstərilib.