Filippinin İloilo şəhəri yaxınlığında "Che-che", "Keziah" və "Jennyville" qayıqları batıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, qayıqların batması nəticəsində azı 26 nəfər həlak olub, 55 nəfər isə xilas edilib.

Bildirilir ki, 5 nəfər itkin düşmüş sayılır. Ümumilikdə 3 qayıqda 86 nəfər olub.