Amerikada yol polisinə tabe olmayan qadın sürücü gözlənilməz vəziyyətlə üzləşib.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, qayda pozuntusuna görən saxlanılan qadın sürücü yol polisinə sənəd verməyib. O, 80 dollar cərimə ödəmək istəmədiyini deyərək polisin qanuni tələbini yerinə yetirməkdən imtina edib və maşını sürərək oradan uzaqlaşıb. Lakin yol polisi onu yenidən saxladıb. Bu dəfə polis əvvəlcədən xəbərdarlıq etdiyi kimi davranıb və qadına qarşı zor tətbiq edib. Polis qadını sürüyərək maşından yerə düşürdüb, sonra isə tapançadan atəş açaraq rezin güllə ilə onu vurub. Daha sonra qoluna qandal vuraraq polis maşınına əyləşdirib.
Qadın sürücüyə həbs cəzası verilib.