Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi cəzalandırılıb.

Unikal.org-un məlumatına görə, məşhur hücumçu yığmadan üç aylıq kənarlaşdırılıb.

Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. Bu isə o deməkdir ki, 32 yaşlı forvard noyabrın əvvəlinə qədər Argentina yığmasının yoxlama və rəsmi matçlarından kənar qalacaq.

Qeyd edək ki, argentinalı futbolçu Amerika kubokunun Braziliya ilə yarımfinal oyunundan sonra hakimləri və KONMEBOL-u sərt tənqid edib, bürünc medal uğrunda görüşdən sonra mükafatlandırma mərasiminə qatılmayıb.