"Porsche" şirkəti Rusiyadan 2055 avtomobili geri çağırıb.

Unikal.org xəbər verir ki, bu qərar avtomobillərin kondisionerinin ventilyasiya sistemində qısaqapanma ehtimalı ilə əlaqədar verilib.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2017-ci ilin oktyabrınadək Rusiyada satılmış "Panamera" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.