Yazıçı Coan Roulinqin məşhur “Harri Potter və fəlsəfə daşı” kitabının birinci nəşri hərracda 41 min dollara satılıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, kitab 1997-ci ildə 500 nüsxə tirajla çapdan çıxıb və ilk nəşrinin qiyməti bir funt sterlinq olub. 

Hazırda həmin nüsxə nadir kitablardan hesab olunur.