Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

Unikal.org xəbər verir ki, Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq. 

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.