Bu gün  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəlilabadda vətəndaşları qəbul edib.

Unikal.org xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kənd yerlərində məktəblərin və xəstəxananın tikintisi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib.  İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, tikinti materiallarının istehsalı, çiyələk istehsalı və emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilib. 

Qeyd edək ki, qəbulda 30-dək vətəndaş iştirak edib.

Qəbula gələnlər regionlarda vətəndaş qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.