İspaniyanın “Barselona” klubunun keçmiş kapitanı Karles Puyol açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sabiq müdafiəçi, Kataloniya klubunun əsas rəqibi “Real”ın onu iki dəfə transfer etmək istədiyini deyib:

“Real” iki dəfə məni transfer etmək istədi, amma mən həmin vaxt artıq dünyanın ən yaxşı klubunda idim. Onlar birinci dəfə məni 2001/02 mövsümündə transfer etmək istədilər. Üç il sonra Xose Antonio Kamaço “Real”da baş məşqçi vəzifəsinə gəldikdən sonra Ronaldinyo ilə məni komandasında görmək istədi.  Mən isə “Barselona” ilə kuboklar qazanmaq istəyirdim, ona görə də, orda qaldım”.