Ötən aylarda məşhur müğənni Ledi Qaqa və aktyor Bredli Kooperin yaxınlığı "Oskar" mükafatlandırma mərasiminə damğa vurmuşdu.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onların sevgili olması iddiası mətbuatın gündəmini zəbt etsə də müğənni Koliforniyada istirahət məkanlarının birində yeni sevgilisi Dan Horton ilə öpüşərkən görüntülənib.

Ledi Qaqa və səs mühəndisi sevgilisi Dan Hortonun noyabr ayından bəri birlikdə işlədikləri deyilir, amma sevgi münasibətləri yenidir.

Qeyd edək ki, Bredli Kooper futbolçu Ronaldonun keçmiş sevgilisi İrina Şeyklə evli olub.