“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat məhələsində Kiprin APOEL klubu ilə səfərdə keçirəcəyi ilk matçın başlama saatı məlum olub.

Unikal.org Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiyada keçiriləcək oyun avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matç “QCP” stadionunda keçiriləcək.

Komandalar arasındakı cavab matçı avqustun 13-də Bakıda olacaq.