23 Sentyabr 2019
22 Sentyabr 2019
"İndiki komanda tarixin ən güclü “Qarabağ”ıdır" - Tahir Gözəl
"İndiki komanda tarixin ən güclü “Qarabağ”ıdır" -Tahir Gözəl İDMAN 23:59 2019-07-31

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org
xəbər verir ki, o, əvvəlcə qalib gəldikləri matçla bağlı danışıb. 

- Bu gün gözəl oyuna tamaşa elədik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm. 

- “Qarabağ” III mərhələdə Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıra biləcək? 

- Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizdən yuxarıdır. APOEL hörmətəlayiq klubdur. “Qarabağ”ın oyununu bu gün birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik. 

- Azarkeşlərlə polislər arasında insident yaşandı. Bununla bağlı nə tədbir görüləcək? 

- Mən də gördüm. Xoşagəlməz şey oldu. Narahat olduq. Ancaq nə olduğunu bilmirəm. Klub olaraq, orqanlarla danışacağıq, məsələnin nə olduğunu öyrənəcəyik. Meydana da azarkeş daxil oldu. Bu da yaxşı hal deyil. Buna görə klubumuz cərimələnir. 

- Çempionlar Liqasında mübarizəni dayandırsanız, planlar necə olacaq? 

- Avrokuboklarda davam edəcəyik. Gəlin, belə danışmayaq. Qarşıdakı oyunlara diqqətimizi cəmləməliyik. İnşallah, bu oyunlardan uğurla ayrılmalıyıq. Mənim hədəfim budur. 

- “Neftçi” APOEL-lə daha öncə qarşılaşıb. Səfər oyununda rəqib azarkeşlər təxribata əl atmışdılar. Dağlıq Qarabağ məsələsi də hallanırdı. Bunu nəzərə almısınız? 

- Xeyr, oyunumuzu fikirləşirik. “Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur. Sülhsevər klubuq. Ancaq idmanı, futbolu düşünürük. Təxribat barədə fikrimiz var. Əlimizdən gələn bütün tədbirləri görəcəyik. (qol.az)