Almaniyada futbol üzrə “Audi Cup” turnirinin növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Real Madrid” komandası ilə qarşılaşıb. Maraqlı epizodlarla yadda qalan matçda 8 qol qeydə alınıb. Belə ki, ispanlar Türkiyə təmsilçisini 5:3 hesabı ilə məğlub ediblər. 

Qeyd edək ki, “Fənərbağça” bundan öncə “Audi Cup”da Almaniyanın “Bavariya” klubuna 6:1 hesabla uduzub.