18 Sentyabr 2019
17 Sentyabr 2019
"Qarabağ" ÇL-in üçüncü təsnifat mərhələsində
"Qarabağ" ÇL-in üçüncü təsnifat mərhələsində İDMAN 22:55 2019-07-31

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Unikal.org xəbər verir ki, Azərbaycan çempionu növbəti mərhələyə vəsiqəni İrlandiya təmsilçisi “Dandolk”la görüşdə qazanıb.

Səfərdə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin cavab qarşılaşmasını “Dalğa Arena”da keçiriblər. Ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

“Qarabağ”a qələbəni yeni transferləri qazandırıblar. Xayme Romero hər hissədə bir qol vurubsa, fasilədən sonra Aylton Silva rəqib qapısına yol tapıb. I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə duelində (0:0, 2:0) olduğu kimi yenə səfərdə heç-heçə edən komanda evdə quru hesabla qalib gəlib.

Beləliklə, III təsnifat mərhələsinə yüksələn “Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək uğrunda mübarizəni davam etdirəcək. Ağdam klubu növbəti raundda Kiprin APOEL komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da və ya 7-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.