Türkiyədə yenə kömür mədəndə faciə yaşanıb. Hadisə ölkənin şimalındakı Zonquldak vilayətində baş verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altında 2 mədən işçisi qalıb. Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub, mədənçilərin həyatlarının xilas edilməsi istiqamətində operativ iş aparılır.

Mədəndə çökmənin hansı səbəbdən baş verdiyi hələ dəqiq məlum deyil. Faktla bağlı araşdırmaya başlanılıb.