Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.

Unikal.org xəbər verir ki, 1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunmuşdu. Həsən Cəbrayılov Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq.