Portuqaliya milli komandasının üzvü Kriştiano Ronaldo növbəti gözlənilməz hərəkəti ilə yadda qalıb. 

Unikal.org xəbər verir ki, "Real"ın ulduzu jurnalistə hörmətsizlik edib. Belə ki, Portuqaliya milli komandası bu gün AÇ-2016-nın F qrupunun son matçında Macarıstanla üz-üzə gələcək. 

Bu matçdan öncə jurnalistlərdən biri futbolçudan müsahibə götürmək istəyib. Jurnalistin bu hərəkəti futbolçunu əsəbiləşdirib. O, telekanal işçisinin mikrofununu əlindən alaraq suya atıb.