İngiltərənin “Tottenhem” klubundan “Atletiko”ya transfer olunan Kiran Trippyer açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, Madrid klubuna transferi haqqında danışıb:

“Düşündüm ki, dəyişmək və irəliləyiş vaxtıdır. Bu, o demək deyil ki, mənim klubumu dəyişməyə ehtiyacım vardı. Transferimin əsas səbəbi “Tottenhem”də baş verənlər idi. Detallar haqqında çox danışmaq istəmirəm, amma bunlara görə “Tottenhem”dən ayrılmaq qərarına gəldim”.