Dünyaca məşhur model keçən il qatıldığı bir tədbirdəki qəribə görüntüsü haqqında ilk dəfə danışdı.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, 38 yaşındakı 4 uşaq anası Kim Kardaşyan keçən il Miamidə qatıldığı tədbirdə qara mini geyimdə və neon yaşıl saçları ilə damğa vurmuşdu.

Kardaşyan imicinin müəllifinin əri Kanye Vest olduğunu dedi: “Məni o hala ərim gətirdi”.

Qeyd edək ki, keçən il Kim Kardaşyan Miamidəki tədbirdə lüks maşını ilə görünmüş və bütün diqqətləri üzərinə cəlb etmişdi.

Əri Kanye Vestin həyatının ilham qaynağı olduğunu deyən Kardaşyan o günkü saç rənginində onun fikri olduğunu açıqladı.