Disney cizgi filmlərində Minni Maus obrazını səsləndirən amerikalı aktrisa Rassi Teylor 75 yaşında  vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Walt Disney" şirkəti məlumat yayıb.

Məlumatda aktrisanın iyulun 26-da Kaliforniya ştatının Qleyndeyl şəhərində vəfat etdiyi bildirilir.