İstanbulda “Qurd Qapanı 2019-11” reydində azərbaycanlı turistin üzərindən narkotik maddə aşkar edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Taksimdə yol patrul xidməti tərəfindən həyata keçirilən reyd zamanı hərəkətdə olan taksi avtomobili dayandırılıb. Taksi sürücüsü ilə bərabər, sərnişini də yoxlanılıb. 

Yoxlama zamanı sərnişinin Azərbaycanlı olduğu müəyyənləşib. Adı açıqlanmayan azərbaycanlı gəncin turist kimi, İtsanbula gəldiyi öyrənilib. Onun əl çantasında 'Ecstacy' adlı narkotik maddə və bunun istifadəsi üçün aparat ələ keçirilib. Polisdən bu narkotik maddəni yayındırmaq üçün onlara müxtəlif üsullarla bəhanələr gətirib. Amma polis azərbaycanlı gəncin yalanını aşkarlamağı bacarıb. 

Azərbaycanlı gənc oğlan izahatı alınmaq üçün saxlanılaraq, polisə aparılıb. O, ilkin dindirmə zamanı sözügedən narkotik maddənin şəxsi istifadəsi üçün çantasında gəzdirdiyini deyib.