İngiltərənin "MAXİM" jurnalı təşkil etdiyi gözəllik yarışmasında birici yeri 26 yaşlı Viktoriya Tsuranova qazanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Universitet tələbəsi olan 26 yaşlı Viktoriya Tsuranova Rusiyanın Vologda şəhərindəndir. Rusiyanın ən gözəl qızının seçildiyi yarışmada, 26 yaşındakı Viktoriya Tsuranova tacın sahibi olub. 

100 rəqibini geridə buraxaraq tacın sahibi olan Tsuranova, MAXIM jurnalının sentyabr sayında üz qabığı olacaq.

Hələ universitet tələbəsi olan rus gözəlin ən böyük hobbiləri arasında idman və yoqa var. Sosial mediada olduqca aktiv olan Tsuronovanın Instagramda 112 min təqibçisi var.