Dünyaca məşhur müğənni Cennifer Lopesin 50 yaşı tamam olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, müğənni ad günü partisindən fotoları İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, parti Mayamidə müğənni Qloriya Estefanın 32 milyon dollarlıq malikanesində keçirilib.

Gecəyə məşhur sənətçilər də qatılıb. CeyLo "Versace" markasından olan 12 minlik qızılı geyimi ilə göz oxşayıb. Müğənninin sevgilisi 43 yaşlı keçmiş beyzbolçu Aleks Rodriges də çıxış edərək müğənniyə olan sonsuz sevgisini dilə gətirib.