İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub.

Unikal.org xəbər verir ki, qətl hadisəsi iyulun 20-də rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu yaxın qohumu, Füzuli rayonunun Horadiz şəhərində qeydiyyatda olan 1969-cu il  təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu dəmir parçası ilə vuraraq öldürüb.

Daha sonra cəsədi yaxınlıqda olan gölə atıb. Hazırda cəsədin sudan çıxarılması üçün FHN-in dalğıcları əraziyə cəlb edilib, axtarışlar davam etdirilir.(report.az)