İspaniyanın “Barselona” klubu futbolçusu Filippe Koutinyo ilə bağlı yeni qərar verib.

Unikal.org xarici mətbuata stinadən xəbər verir ki, Kataloniya klubu, braziliyalı futbolçunun transfer qiymətini müəyyənləşdirib. Katalonlar 26 yaşlı yarımmüdafiəçini 100 milyon avrodan aşağı qiymətə satmamaq qərarına gəliblər.

Futbolçu ilə PSJ və “Mançester Yunayted”in yaxından maraqlandığı bildirilir.

2018-ci ildə “Liverpul”dan 145 milyon avro müqabilində “Barselona”ya transfer olunan Koutinyo, son mövsümdə iştirak etdiyi 54 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.