"Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovun bir zamanlar TPL-də oynayan, hazırda fəaliyyətini dayandıran “Bakı” klubunun bazası xarabalığa çevrilib. 

Unikal.org xəbər verir ki, klubun stadionun ot örtüyü tamamilə sıradan çıxıb. Bazanın divarları isə uçuq-sökük vəziyyətdədir. 

İndi bu stadionla heç kim maraqlanmır. 

Qeyd edək ki, stadion 3 min azarkeş tutumuna malikdir.