23 Sentyabr 2019
22 Sentyabr 2019
“Qarabağ” – “Dandalk” matçının biletləri satışda
“Qarabağ” – “Dandalk” matçının biletləri satışda İDMAN 14:20 2019-07-25

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 31-də İrlandiyanın “Dandalk” klubunu qəbul edəcək.

Unikal.org klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, cavab oyununun biletləri artıq satışdadır. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

  • Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
  • Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
  • Park Bulbar AVM (iticket satış məntəqəsi)
  • ASAN 2, 3 (Yasamal, Amay t/m)
  • İticket.az (onlayn)

“Qarabağ” – “Dandalk” matçı iyulun 31-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək. Komandalar arasındakı ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.