Türkiyəli gənc müğənni Gökhan Yılmaz Çanaqqalada faciəvi qəzada dünyasını dəyişib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayvacık bölgəsinə tətil üçün gələn və burada gənclərə dərs deyən müğənni Gökhan Yılmaz avtomobili ilə yola çıxıb. Hərəkətdə olarkən  idarəetməni itirib və yol kənarındakı maneyə çırpılaraq  40 metrlik hündürlükdən dərəyə aşıb. Hadisə yerinə xilasetmə qüvvələri və sıhiyyə işçiləri gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. Fanatları bədbəxt hadisədən sonra sosial şəbəkədə başsağlığı verib.

Qəzadan öncə sosial şəbəkədə gənc müğənni “Cəzasız qalan heç bir haqszılıq yoxdur. Sən Allaha həvalə et, qoy qisasını o alsın” sözlərini paylaşıb.