Tanınmış rep ulduzu Kardi Bi sevgilisi və uşağının atası Offsetin adını ombasına tatu etdirib.

Unikal.org xəbər verir ki, Migos qrupunun məşhur repçisi Offset Kardi Binin “FaceTime”da yeni tatusunu göstərən yerdə ekran şəklini çəkib. Daha sonra isə bu fotonu İnstaqram hesabında paylaşaraq “Evə getmək üçün səbrsizlənirəm” yazıb.

Bu fotodan sonra pərəstişkarlarından bəziləri Kardinin yeni tatusunu bəyənsə də, bir çoxu onu məzəmmət edib. Paylaşımın altına “Hamilə vaxtı səni aldadan adamın tatusunu etdirdiyinə inana bilmirəm”, “Sevgilisi onu aldatdı, bu da gedib onun tatusunu etdirir” və s. rəylər yazılıb.

Bəziləri isə bu hərəkəti alqışlayıb: “Keçmişə deyil, gələcəyə baxaq. Ən önəmli şey Kardinin nişanlısı ilə bağlı hiss etdikləridir. Onun xoşbəxtliyini istəyirik və bu formada xoşbəxt ola bilirsə, sonadək arxasındayıq”

Qeyd edək ki, Offset də 2018-ci ildə boynuna “Cardi B” yazdırmışdı. (olke.az)