Müğənni Nazənin Salayeva “Xəzər” TV-də yayımlanan “5/5” proqramında qonaq olub.

Unikal.org xəbər verir ki, veriliş zamanı aparıcı Zaur Kamal “Könül Kərimova, Təranəylə Musa və siz – bu üçlüyün oxşarlığı var. Bu üçlükdə nəsə var” deyə, bildirib.

Nazənin isə aparıcının sözlərinə cavab verməkdə tərəddüd çəkib və belə siyahıda olmaq istəmədiyini deyib:

“Xahiş edirəm bizi üçlüyə salmayın, ikisini çıxarırsınız. Könül xanım dəyərli sənətkardır. Janrımız oxşardır. Bu, ola bilər”.

Qeyd edək ki, Təranə Qumral Nazənin və Könül Kərimova ilə küsülüdür. Onların arasında qalmaqal yaşanıb.