Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Unikal.org xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da bu gün növbəti oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İrlandiyanı “Dandalk” klubu ilə qarşılaşacaq. “Oriel Park” stadionunda keçiriləcək görüş saat 22:45-də start götürəcək.

Komandalar arasındakı cavab oyunu isə avqustun 31-də, “Dalğa Arena”da keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

24 iyul

22:45 Dandalk (İrlandiya) – Qarabağ

Baş hakim: Bartos Frankovski (Polşa)