17 Sentyabr 2019
16 Sentyabr 2019
Bakı-2019: Azərbaycan birincidir
Bakı-2019:Azərbaycan birincidir İDMAN 00:00 2019-07-24

Avropa Gənclər Yay Olimpiya Festivalının 3-cü günü başa çatıb.

Unikal.org xəbər verir ki, Azərbaycan millisi günü 6 medalla başa vurub.

Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 1 bürünc əldə ediblər. Bununla da komandamızın hesabındakı medal sayı 16-ya çatıb. Bunun yarısı qızıldır. İdmançılarımız 5 gümüş və 3 bürünc də əldə ediblər.

Azərbaycan medal siyahısında 1-ci yeri qoruyub. Rusiya 2-ci pilləyə yüksəlib. 3-cü sırada isə Belarus qərarlaşıb.

Ümumilikdə, üç gün ərzində 40 dəst medal sahibini tapıb. Bu mükafatları 27 ölkə təmsilçiləri qazanıb. Onlardan 15-i çempionluq sevinci yaşayıb.