16 Sentyabr 2019
“Günay Bank”ın mənfəəti 22% artıb
“Günay Bank”ın mənfəəti 22% artıb İQTİSADİYYAT 11:50 2019-07-23

“Günay Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 224,249 milyon manat təşkil edib.

Unikal.org xəbər verir ki, Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 23,4% çoxdur.

“Günay Bank”ın aktivlərinin 130,195 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,7% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın cəmi öhdəlikləri 33,3% artaraq 161,273 milyon manata, o cümlədən depozit portfeli 7,5% artaraq 93,427 milyon manata, cəmi kapitalı isə 3,7% artaraq 62,977 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Günay Bank”ın gəlirləri 9,424 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,2% çox), xərcləri 8,169 milyon manat (56,5% çox), xüsusi ehtiyatlara ayırmaları isə 503 min manat (84,8% az) təşkil edib. Son nəticədə Bank I yarımili 752 min manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 21,9% çoxdur.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 38,94%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, yenə də 1,1%-i Əhəd Şirinova (MŞ-nın keçmiş üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.