15 Sentyabr 2019
14 Sentyabr 2019
“Şah” ilk final oyununda qələbə qazandı
“Şah” ilk final oyununda qələbə qazandı İDMAN 22:29 2019-07-22

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunlarına start verilib.

Unikal.org xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb.

Ağ fiqurlarla oynayan “Şah” ləqəbli qrossmeysterimiz ilk görüşünü qələbə ilə başa vurub.

Cavab oyunu sabah baş tutacaq.