Model Kendell Cenner yeni sevgilisini də NBA-dan tapıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kendell Cenner sevgililərini basketbolçulardan seçməyə davam edir. Model 2 ay əvvəl Ben Simmonsdan ayırlıb və özünə NBA-dan yeni sevgili tapıb. Cenner ötən günlərin birində “LA Lakers” komandasının 23 yaşlı basketbolçusu Kyle Kuzmanla Malibuda bir gəmidə görüntülənib.

Qeyd edək ki, ötən ilin ən çox qazanan modeli olan Cenner NBA oyunçusu keçmiş sevgilisi Bleyk Qriffinlə ayrıldıqdan sonra digər NBA oyunçusu Ben Simmonsla birlikdə olmağa başlamışdı.