Türkiyənin Gümüşhane bölgəsində yerləşən və dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən bu məscidin 557 ildir damı yoxdur. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vətəndaşlar üstü açıq məsciddə ibadət etməyi adət halına salmaq istəyirlər. Onlar bildiriblər ki, bu damı olmayan məscidə ibadət etməyə gələn zaman heç vaxt yağış yağmayıb. 

557 illik tarixi olan bu məscidin çevrəsi daş divarlarla hasarlanıb. İnsanlar açıq havada otların üzərində ibadət edirlər.