2013-cü ildə dünyanın transfer rekordunu qıraraq 100 milyon avroya “Real”a transfer olan Qaret Beyl komandadan ayrılacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Çempionlar Kuboku oyununda “Bavariya”-a 3-1 məğlub olarkən oyunda iştirak etməyən Beyl haqqında baş məşqçi Zinəddin Zidan danışıb. 

O bildirib ki, Uelsli futbolçu ən qısa zamanda komandadan ayrılacaq. 

Ötən mövsüm tez-tez zədələnən və çoxusu meydana sonradan daxil olmaqla ümumilikdə 42 matça çıxa bilən Beyl “Real”da keçirdiyi son 4 ildə 79 oyunda iştirak edib.  

Onun klubla hələ 3 illik müqaviləsi var.