16 Sentyabr 2019
15 Sentyabr 2019
Azərbaycan cüdoçularından ilk gündə 3 medal
Azərbaycan cüdoçularından ilk gündə 3 medal İDMAN 16:34 2019-07-21

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.

Unikal.org xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev qızıl medala sahib olub. Bu çəkidəki digər cüdoçu Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Davud Abbaslı (66 kq) da bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komanda Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa Kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.