17 Sentyabr 2019
Dünyanın ən bahalı qapıçısı o olacaq
Dünyanın ən bahalı qapıçısı o olacaq İDMAN 14:55 2019-07-21

İngiltərəninMançester Yunaytedklubunun qapıçısı David De Xea ilə yeni razılıq əldə edib. 

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın ispan qapıçı ilə imzalayacaqları yeni müqavilənin detalları bəlli olub. Mançester təmsilçisi ilə 6 illik müqavilə imzalayacaq qapıçı, həftədə 375 min pound (illik 19,5 milyon) məvacib qazanacaq. Bu da 28 yaşlı futbolçunu dünyanın ən yüksək ödənişli qapıçısı edəcək.

Yeni müqavilənin komanda mövsümöncəsi hazırlıq üçün getdiyi ABŞ-dan qayıtdıqdan sonra imzalanacağı bildirilir.

De Xea 2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.