18 Sentyabr 2019
17 Sentyabr 2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul etdi
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul etdi İQTİSADİYYAT 17:43 2019-07-19

Bu gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Qusarda, Sahib Məmmədov isə Xaçmazda vətəndaşları qəbul edib.

Unikal.org xəbər verir ki, qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal müəssisələrinin yaradılması və avadanlıqların alınması, kommunal infrastrukturun yaxşılaşdırılması, əl işlərinin sərgilərdə nümayiş olunmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. 

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, bağçılıq, toxumçuluq, tingiçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.


  • İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul etdi