Nazirlər Kabineti  “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda dəyişiklik edib.

Unikal.org xəbər verir ki,  dəyişiklik azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər üçün aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi ilə əlaqədardır.

Beləliklə, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə aşağıdakı sənədlər və məlumatlar tələb olunacaq:

- məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi tarix;

- cəzaçəkmə müddəti;

- cəzaçəkmə müddətinin başlanğıcı;

- cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə müəssisəsinin ünvanı;

- məhkumun şəxsi hesabının nömrəsi;

- məhkumun bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi.