21 yaşlı qız həkim səriştəsizliyinin qurbanı olub.

Unikal.org  nypost-a istinadla xəbər verir ki, doğum günü üçün özünə sürpriz etmək istəyən 21 yaşlı qız burun əməliyyatı zamanı ölüb.

İtaliyanın Latina vilayətində yerləşən xəstəxanada rinoplastika əməliyyatı etdirən Maria Chiara Mete həkim bacarıqsızlığına görə canından olub.

Mirror-un yazdığına görə xarici görünüşünü özünə kompleks edən Mariya əməliyyat zamanı ürəktutmasından dünyasını dəyişib.

O, koma vəziyyətindəykən iki hospitala aparılsa da, Mariyanın həyatını xilas etmək mümkün olmayıb. İddialara görə, qızın ürəktutmasına səbəb əməliyyat otağındakı havalandırma sisteminin nasaz olmasıdır.

Həmçinin qızın bədəni qan təzyiqinin azalması üçün verilən dərmana pis reaksiya verib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.(milli.az)