Ağstafa rayonunda 30 yaşlı qadın intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Günay Budaqova yaşadığı evdə özünü asaraq canına qəsd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.