“Real”ın klubdakı gələcəyi müzakirə olunan futbolçusu Qaret Beyl yenidən İngiltərədə çıxış edə bilər.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem”, uelsli futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. London təmsilçisinin “kral klubu”na 60 milyon avroluq təklif göndərdiyi və “Real”ın bu təklifə müsbət yanaşdığı bildirilir.

Transferlə bağlı yeganə maneənin futbolçunun məvacibi olduğu deyilir. Belə ki, “Real”da illik 17 milyon avro qazanan Beylin məbləğdə güzəştə getməsi lazımdır.

2013-cü ildən “Real”da çıxış edən 29 yaşlı futbolçu, Madrid təmsilçisinə “Tottenhem”dən transfer olunmuşdu