“Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Unikal.org  xəbər verir ki, Ağdam təmsilçisi “Dalğa Arena”da Albaniyanın “Partizani”ni klubunu qəbul edəcək. Görüş saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə başa çatıb.

“Qarabağ” “Partizani” səddini keçəcəyi halda, 2-ci mərhələdə “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mərhələni keçə bilməsə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

17 iyul

21:00 Qarabağ – Partizani (Albaniya)
Baş hakim:
 Dumitru Muntean (Moldova)
İlk oyun – 0:0