Xalq artisti Brilliant Dadaşova mərhum sənətçi Mirzə Babayevin doğum günü ilə bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, o, paylaşımında Xalq artisti Aygün Kazımovaya söz atıb. Paylaşımında ad çəkməyən sənətçinin sözlərində A.Kazımovaya eyham vurulub:

“Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”.

Qeyd edək ki, maqazin proqramlarında “Əsas ulduz” ifadəsi Aygün Kazımovanın ünvanına səsləndirilir.