İyulun 21-27-də paytaxtda keçiriləcək Avropa gənclər olimpiya festivalında ölkəmizi 122 idmançı təmsil edəcək. 

Unikal.org  xəbər verir ki, milli olimpiya komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev deyib.

Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını söyləyən mütəxəssis, festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı 135 dəst medal uğrunda mübarizə aparacağını qeyd edib.

Tədbirdə 10 növ – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlar olacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.