Ankara şəhərində sahibi olduğu heyvan xəstəxanasında işləyən baytar Ç.B.-ə təcavüz etməkdən ittiham olunan Hasan Bilgili haqqında aparılan istintaq başa çatıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hasan Bilgili üçün 5 ildən 27 il 6 aya qədər həbs cəzası gözlənilir.

Sahibi olduğu xəstəxanada 23 yaşlı baytar həkiminə təcavüz etməkdə ittiham olunan Hasan Bilgili 7 aprel tarixində saxlanılmış, 22 mayda isə prokurorluğun qərarı ilə azadlığa buraxılmışdı.

Qeyd edək ki, Hasan Bilgili həm də Universtetlərdə müəllim kimi fəaliyyət göstərib. Bu hadisədən sonra Türkiyədəki tələbələr etiraz aksiyası keçirərərk "təcavüzkar müəllim istəmirik" deyə sloqanlar səsləndiriblər.